Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

“WhatsApp”dan maraqlı yenilik

WhatsApp yeni əlavə edilmiş xüsusiyyəti ilə istifadəçilərin ən yaxın dostlarının kim olduğunu bilməsini təmin edəcək.

Dünyanın ən çox istifadə edilən mobil mesajlaşma tətbiqi istifadəçiləri üçün yeni bir xüsusiyyət tətbiq edib. WhatsApp platformasına əlavə edilən yeni xüsusiyyətlə artıq istifadəçilər ən yaxın olduqları kəsləri tanıyacaqlar. Parametrlər qisminə əlavə edilən yenilik sayəsində insanlar WhatsApp üzərindən neçə MB-lıq məlumatların ötürüldüyünü bilməklə yanaşı, ən çox mesajlaşdığı kəsləri də görə biləcəklər.

Yeni xüsusiyyəti istifadə etmək üçün WhatsApp tətbiqi içərisində olan “ayarlar” qisminə daxil olub buradan “hesab” bölməsində “şəbəkə istifadəsi” variantını aktiv etmək kifayətdir. Bu əməliyyatın ardından qısa müddətdə bu günə qədərki WhatsApp mesajlaşmalarınızı hesablayan tətbiq, ən çox kimlərlə yazışdığınızı və WhatsApp üzərindən nə qədər MB-lıq paylaşım etdiyinizi göstərəcək.

Sözügedən xüsusiyyət hazırda iOS əməliyyat sisteminə sahib ağıllı cihazlarda istifadə edilə bilir.
857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08