Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

Nüvə anlaşması heç bir qonşumuzun ziyanına deyil

İran yaxşı gələcək üçün bütün qonşuları ilə birgə səy göstərməyə hazırdır.

Ümid edirik ki, bu, digər qonşularda da belədir.

SalamNews-un "MehrNews"a istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Əlcəzairdə olarkən bu ölkənin milli televiziya kanalına verdiyi müsahibədə bildirib.

Yeri gəlmişkən, ABŞ dövlət katibi Con Kerri ötəngünkü çıxışında İranla əldə edilmiş nüvə anlaşmasına qarşı çıxanları və ona irad tutanları tənqid edib.

O, nüvə anlaşmasını istəməyənlərin heç bir sübutlarının olmadığını söyləyib.

Xatırladaq ki, İran və beynəlxalq vasitəçilərdən ibarət "Altılıq" illərdir, aparılan nüvə danışıqları çərçivəsində cari il iyulun 14-də yekun anlaşmaya nail olub.

Ekspertlərin fikrincə, anlaşma İran Parlamenti və ABŞ Konqresi tərəfindən təsdiqlənərsə, Yaxın Şərqin ən mühüm düyünlərindən biri açılacaq.
655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber