Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Fəvvarələr meydanı polis mühasirəsində - AKSİYA HƏYƏCANI

Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır.

Sosial şəbəkələrdəki bu gün Azadlıq meydanında mitinq olacağı xəbəri polisi hərəkətə keçirib.

Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər.

Eyni zamanda "Azadlıq" meydanında da post-patrol maşınları keşik çəkir.

Fəvvarələr meydanının polis mühasirəsində olduğu söylənilir.

Onlar Avropa Gənclər Hərəkatının keçirəcəyi aksiyaya da hazırlaşıblar.

Aksiyada benzinin bahalaşmasına etiraz bildiriləcək./musavat/
1694 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07