Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Gənclər Bakının mərkəzində aksiya keçirdilər (Fotolar-Video)

Azadlıq və Fəvvarələr meydanlarına təyin olunan mitinq hakimiyyəti təşvişə saldı; benzinin bahalaşmasına etiraz edən nümayişçilərin yürüşü dağıdıldı; saxlanılan yoxdur...

Facebook sosial şəbəkəsində dekabrın 8-nə iki aksiya təyin olunması hakimiyyəti ciddi şəkildə narahat etmişdi. Buna qədər facebook-un gücünə və cəmiyyətin sosial şəbəkədə təşkilatlanıb etirazları küçələrə transformasiya etməsinə bələd olan iqtidar məhz dünənki aksiya çağırışlarına olduqca həssas yanaşmışdı. 

Belə güman olunurdu ki, əsgər qətllərinə etiraz nümaayişi kimi benzinin bahalaşmasına da qəzəbli şəkildə etiraz olunacaq. O baxımdan dekabrın 8-i səhər saatlarından etibarən aksiyaların təyin edildiyi iki nöqtə - Azadlıq və Fəvvarələr meydanları ciddi polis nəzarəti altında idi. 

Azadlıq meydanına saat 12:00-a təyin olunan mitinqin təşkilatçıları anonim saxlanırdı və bu, hökuməti daha çox narahat etmişdi. 

Fəvvarələr meydanındakı saat 16:00-da keçiriləcək yürüşün təşkilatçısı isə öncədən bəlli idi - Avropa Gənclər Hərəkatı və rəhbəri Ramin Hacılı. 

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Səhlab Bağırov öncədən icazəsiz nümayişlərin dağıdılacağını açıqlamışdı. Bununla belə, polis səhərdən başlayaraq paytaxtın mərkəzi ərazilərini mühasirəyə almışdı, mülk geyimli polis nəfərləri isə ərazilərdə keşik çəkirdilər. Polis spontan və daha güclü mitinq olacağını hesablamışdı. 

Aksiya ilə bağlı ilk baxışda nəzərə çarpmayan gərginlik var idi. Meydan mülki geyimli polislərlə dolu idi. Onlar beş-beş, on-on toplaşıb əraziyə ciddi şəkildə nəzarət edirdilər. Yaxınlıqda xeyli sayda post-patrul xidməti maşınları gözə dəyirdi. Amma o maşınlarda əyləşən polislər də mülki geyimdə idilər. 

Bundan əlavə, meydana yaxın ərazidə, ara küçələrdə, bina və tikililərin arxasında gizlənmiş xeyli sayda polis avtobusu, Çevik Polis Alayı maşınları saxlanmışdı. Həmin avtobuslarda oturan polis əməkdaşları əmr gözləyirdilər.

Ancaq Azadlıq meydanına təyin olunan aksiya gözlənildiyi kimi olmadı. Müşahidələrə görə, buna həm də Milli Şuranın ayın 15-ə təyin elədiyi mitinq qərarı təsir etdi. Belə ki, əksər qüvvələr müxalifətin anti-bahalaşma nümayişinə qoşulmaq niyyətindədir.

Avropa GH-nin isə Fəvvarələr meydanında dinc yürüşü baş tutdu. Hərəkatın 20-ə yaxın üzvü əllərində simvolik olaraq ağ vərəqlər tutaraq, yürüşə başladılar. Onlar dinc şəkildə gəzişməyə, şüarlar səsləndirmədən Natəvan heykəlinə doğru addımlamağa başladılar. Gənclər bu hərəkətləri ilə benzinin bahalaşmasına etirazlarını ifadə etdilər. 
Amma gəzinti formasında olan yürüş də polis tərəfindən dağıdıldı. Cəmi 10 dəqiqə çəkən yürüşə imkan verilmədi, gənclərin əllərindəki ağ kağızları isə zorla alıb cırdılar. Polis etirazçıların bu yürüşünü mənasız və insanların istirahət hüququnu pozmaq adlandırdı. 
 
Hərəkatın rəhbəri Ramin Hacılı isə jurnalistlərə açıqlamasında qeyd etdi ki, adicə sakit şəkildə gəzməyə belə imkan verilmir: “İnsanları sərbəst şəkildə gəzməyə də qoymurlar. Vətəndaşların bu hüquqları da tapdalanıb, ayaqlar altında atıldı. Azərbaycan dövləti adına təəssüf edirəm və ümid edirəm ki, bu hallara təkrar yol verilməyəcək”. 

R.Hacılının qısa çıxışında sonra yürüş insidentsiz başa çatdı və saxlanan olmadı.

Emil SALAMOĞLU
Fotolar müəllifin və Məhəmməd TÜRKMƏNİNDİR 
Video: Məhəmməd Türkmən




  •  Gənclər Bakının mərkəzində aksiya keçirdilər ( Yenilənib-Fotolar-Video)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir224/img1522075.jpg' target='_blank'>Yüklə</a>
















2166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50