Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

Leyla və Arif Yunuslar apellyasiya şikayəti verdi

Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə onların vəkilləri məlumat veriblər.

Vəkil Əfqan Məmmədov Arif Yunusla görüşdüyünü , səhhətindən və saxlanma şəraitindən şikayəti olmadığını bildirib.
Leyla Yunusla görüşən vəkil Elçin Qəmbərov isə bildirib ki, onun səhhəti yaxşı deyil və problemlərin əvvəlki kimi qalır.
Qeyd edək ki, məhkəmənin hokmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

Leyla Yunus barəsində ötən il iyulun 30-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə Qanunsuz sahibkarlıq), 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma) 320.1-ci və 320.2-ci (saxta sənədlərdən hazırlama və istifadə etmə) maddələri ilə ittiham verilib.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber