Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2015

Qara ciyərin piylənməsi

Qara ciyərin piylənməsi zamanı qara ciyərdə artıq piy yığılır.

Nəticədə burada iltihab yaranır, qara ciyərin hüceyrələri tədricən birləşdirici toxuma ilə əvəz olunmağa başlayır (buna "fibroz" deyilir). Bütün bunlar qara ciyərin funksiyalarını pozur. Qara ciyər çox vacib orqandır. Bu orqanda olan istənilər pozulmalar bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.

Xoşbəxtlikdən, qara ciyər çox yüksək özünü bərpa etmək xüsusiyyətlərinə malikdir. Müəyyən pəhriz və müalicə tədbirləri qara ciyərin piylənməsini dayandıra bilər və qara ciyər öz funksiyalarını bərpa edə bilər. Lakin gecikmiş mərhələlərdə qara ciyərin piylənməsi fonunda xroniki hepatit (qara ciyərin iltihabı), sirroz və qara ciyərin xərçəngi inkişaf edə bilər.
Qaraciyərin piylənməsin çox yayılmış pozulmadır. Bu pozulmaya həm kişilərdə, həm də qadınlarda rast gəlinir.
Xəstəliyin əsas səbəblərindən biri spirtli içkilərin və yağlı, şirin qidaların həddən artıq qəbulu sayılır.

Digər səbəblər arasında:

- natamam qidalanma (zülallar və ya vitaminlərin çatışmazlığı)
- mübadilə proseslərinin pozulması
- sürətli arıqlana
- xroniki zəhərlənmələr (ziyanlı istehsalatlarda və s.)
- şəkərli diabet və tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olunan pozulma)
- virus hepatitləri
- dərman preparatların qəbulu
- qanda dəmirin yüksək olması (genetik pozulma)
- artıq çəki və piylənmə.

İlk mərhələlərdə xəstəlik özünü heç bir əlamətlə büruzə verməyə bilər. Əvvəl xəstəni bu kimi simptomlar narahat edə bilər: həzmin pozulması, ürəkbulanması, bəzən qusma, sağ qabırğaaltı nahiyəsində ağırlıq. Əksər hallarda insan buna fikir vermir və ya digər pozulmalarla əlaqələndirir (zəhərlənmə, qidanın həddən artıq qəbulu və s.). Xəstəlik inkişaf etdikcə zəiflik, səbəbsiz yorğunluq, əmək qabiliyyətinin azalması, sağ qabırğaaltı nahiyəsində ağrılar, boyun və qoltuğaltı nahiyələrində tünd ləkələrin əmələ gəlməsi kimi simptomlar meydana çıxır. Xəstənin qara ciyəri böyüyür.
Xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Xəstəliyin diaqnostikası və müalicəsi ilə hepatoloq məşğul olur.

Diaqnozun təsdiqləşdirilməsi üçün xəstəyə qan analizi və qarın boşluğunun USM-i təyin olunur. Bəzən xəstəyə qara ciyərin biopsiyası təyin oluna bilər. Biopsiya zamanı qara ciyərin mikroskopik toxuması nazik iynə ilə götürülür və mikroskop altında müayinə olunur.

Qara ciyərin piylənməsinin müalicəsi uzunmüddətli olur. Xəstə spirtli içkilərdən tam, xüsusi pəhriz saxlamalıdır. Qidalanmadan bütün yağlı, qızardılmış, çox şirin məhsullar, konservlər, ədviyyatlı qidalar, yağlı kremlər çıxarılmalıdır. Xəstə yağsız bişmiş ət, balıq, təzə meyvə-tərəvəz, süd məhsulları yeməlidir. Pəhrizdən əlavə xəstəyə müalicə təyin olunur - qara ciyərin bərpasına kömək edən preparatlar, vitaminlər, bəzi xalq təbabəti vasitələri (itburnu, qanqal, solmaz çiçəyi). Həmçinin xəstə fiziki aktiv olmalı, idmanla məşğul olmalıdır (lakin ağır fiziki yükləmələ əks-göstərişdir). Açıq havada gəzintilər, üzgüçülük xüsusilə xeyirlidir. /saglamolun/
906 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24