Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

İstefaya gedən prezident dərhal həbs edildi

Qvatemalada məhkəmə sabiq prezident Otto Peres Molinana barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ötən gün Qvatemala Konqresi prezident Peres Molinanın istefasını qəbul edib və o elə həmin gün ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılıb. Baş Prokurorluq 64 yaşlı sabiq prezidentə qarşı korrupsiya, dələduzluq və cinayətkar sövdələşmə ittihamları irəli sürmək niyyətindədir. İş üzrə növbəti məhkəmə iclası bu günə, sentyabrın 4-nə təyin olunub. Prezident qanunsuz fəaliyyətlə heç vaxt məşğul olmadığını iddia edərək bütün ittihamları rədd edir.
638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP