Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

İran Suriyaya sülh planını təqdim etdi

İran tərəfi Suriya rəhbərliyinə ölkədəki böhranın aradan qaldırılması planını təqdim edib. “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbərinin müavini Əmir Abdullahiyan bildirib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd təklifləri alqışlayaraq, bunu İran tərəfindən konstruktiv siyasi təşəbbüs adlandırıb. Tərəflər ilkin ideyaların inkişaf etdirilməsinə dair razılığa gəliblər, danışıqların XİN rəhbərləri səviyyəsində davam etdirməyə qərar veriblər.

Əmir Abdullahiyanın sözlərinə görə, o hazırda İran tərəfinin irəli sürdüyü təkliflərin detallarını açıqlaya bilməyəcəyini bildirərək, Bəşər Əsədin böhranın aradan qaldırılması prosesində iştirak etməsinin vacib şərt adlandırıb.
574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP