Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Hökumət 485 min evi niyə sənədsiz saxlayıb?

Bakıda 115 min ev sökülə bilər

Müzəffər Baxışov: «Sənədsiz evlər məsələsinin illərdir çözülməməsinin ən başlıca səbəbi korrupsiya və rüşvətdir»

Paytaxt Bakıda sənədsiz evlər hələ də problem olaraq qalmaqdadır. Baxmayaraq ki, bu istiqamətdə bir neçə sənəd qüvvəyə minib. Onların sırasında dövlət başçısının xüsusi tapşırıqları da var. Amma bu problem hələ də aktual olaraq qalmaqdadır. Buarada bu sahədəki statistik rəqəmlər də maraq doğurur.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinin, Bakının Nəsimi rayon bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilatçılığı ilə “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminarda səslənən fikirlərə diqqət yetirək.


Tədbirdə iştirak edən Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib ki, bu gün Bakıda olan sənədsiz mənzillərin təxmini sayı 600 minə yaxındır.ÿBu evlərin isə 485 minini sənədləşdirmək mümkündür. “Amma bu proses 5 günün işi deyil. Uzun müddət vaxt lazımdır. Problemin birdəfəlik həll edilməsi üçün Vergilər Məcəlləsində dəyişiklik edilməsi kifayətdir. Yəni ”Vətəndaşın xüsusi mülkiyyətində və ya onun istifadəsində olan mənzillərə görə verginin ödənməsi" maddəsi Məcəlləyə salınsa, təxminən 3 milyon kvadrat metrlik ərazinin qeydiyyatı deməkdir", deyə o, bildirib.

Yaxşı, tutalım bu proses uzun müddət çəkə bilər. Axı, bu istiqamətdə ilk addımın atılmaq niyyəti də ortada yoxdur.

“485 min evin sənədləşdirilməsi mənzil bazarına ciddi təsir edəcək”

Əslində bu problemin illərdir çözülməməsi bir neçə səbəblə izad edilir. Onlardan birincisi mənzil bazarındakı hazırkı inhisarçı durumdur. Çünki, 485 min sənədli evin bazara daxil olması bazardakı qiymətlərə təsir göstərəcək. Çünki, hazırda 485 min sənədləşdirilməmiş ev daşınmaz əmlak alıcılarının diqqətini cəlb etmir. Baxmayaraq ki, bu evlərin qiyməti digər mülkiyyətlərlə müqayisədə qat-qat aşağıdır.

Başqa bir səbəb isə əlbətdəki dövlət idarəçiliyinin əsas probleminə çevrilən korrupsiyadır. Məhz bu faktor illərdir sənədsiz mülklər məsələsinin sual altında qalmasına səbəb olub.

“Problem niyə həllini tapmır?”

Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, sənədsiz evlər məsələsinin illərdir çözülməməsinin ən başlıca səbəbi korrupsiya və rüşvətdir. Sənədsiz evlərin böyük korrupsiya mənbəyi olduğunu deyən M.Baxışov vurğuladı ki, elə evlər var ki, dəyəri 1 milyon, 100 min manatdır. Həmin evlərin saxta sənədlərlə qeydiyyata alınması ciddi korrupsiya mənbəyidir: “Bu istiqamətdə əsas müqavimət sənədsiz evlərdən gələn maliyyə ilə bağlıdır. Məmurlar bu pulları əldən çıxarmaq istəmir. 485 min evin rüşvətsiz qeydiyyata alınması böyük maliyyə itkisi sayılır. Iri məmurlar korrupsiya ilə məşğul olduğuna görə bu məsələnin çözülməsinə ciddi müqavimət göstərirlər. Çünki bu məsələ dəfələrlə ən yüksək səviyyədə gündəmə gətirilib. Dövlət başçısının yanındakı müşavirələrdə deyilib, kampaniya aparılıb. Dövlət başçısının bu məsələ ilə bağlı bir neçə göstərişi, sərəncamı olsa da, onlar hamısı nəticəsiz qalıb”.

M.Baxışov vurğuladı ki, sənədsiz evlərin qeydiyyata alınmaması dövlətə maddi ziyan da vurur. Çünki sənədsiz evlər qeydiyyata alınsa, onların mülkiyyətçiləri dövlətə əmlak vergisi ödəməlidir. Evlərin sənədləşdirilməsinin qarşısının alınması hər il dövlət büdcəsini külli miqdarda vəsaitdən məhrum edir./azadlıq/
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:28