Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Əliyevin kadr siyasətindəki “karusel”

İcra başçıları 5 məntəqədə səs verən «seçici» kimi rayon-rayon gəzdirilir

Azərbaycanda “dəyişmək” ifadəsi təhlükəlidir. Dəyişiklik istəyənlərin şərlənməsi, döyülməsi, məhrumiyyətlərə düçar olması ehtimalı böyükdür. YAP hakimiyyətinin tədfəkkürünə görə, ən yaxşı dəyişiklik, dəyişməməkdi. Ona görə də 20 ildir eyni adamlar deputat, nazir, komitə sədri, məktəb direktoru olaraq qalır. Ölkə başçısı isə artıq 12 ildir ki, kürsünü heç kimə təhvil vermir. Analoqsuz YAP hakimiyyətinin “dəyişmək siyasəti” də analoqsuzdur.

Bugünlərdə xəbər yayıldı ki, Əliyev bəzi icra başçılarını vəzifədən azad edib. Amma sonradan məlum oldu ki, sadəcə olaraq icra başçılarının yeri dəyişib. Yəni dəyişilən adamlar yenə də icra başçısı olaraq qalıb. Eldar Əzizov Sumqayıtın icra başçısı vəzifəsindən azad edilib. Onun yerinə Abşeronun icra başçısı Zakir Fərəcov təyin olunub. Abşeronun icra başçısı vəzifəsinə isə Iradə Gülməmmədova təyin edilib. Iradə Gülməmmədova buna qədər Abşeron Rayon Icra Hakimiyyətində şöbə müdiri və başçının müavini işləyib. Bakının Nəsimi rayonunun icra başçısı da dəyişib. Nəsib Məhməliyev Nəsiminin icra başçısı vəzifəsindən çıxarılıb, onun yerinə isə Səbail rayonunun icra başçısı Asif Əsgərov təyin olunub. Səbailin icra başçısı vəzifəsinə isə Sumqayıtdan çıxarılan Eldar Əzizov təyin olunub.

Ümumiyyətlə, ölkə başçısının dəyişiklik siyasəti həmişə belə olur. Öz aləmlərində islahat görüntüsü yaradırlar, seçki öncəsi cəmiyyətə müəyyən ümidlər vermək istəyirlər. Guya, Sumqayıtda, Abşeronda, Səbaildə, Nəsimidə icra başçısından narazı olan əhali, yeni icra başçısının gəlişini sevinclə qarşılayacaq. Amma əhali yaxşı bilir ki, bu hakimiyyətin idarəçiliyində “başçı standartı” eynidir.


Əslində, haqqında mənfi fikirlər söylənilən, neqativ əməlləri dillər əzbəri olan icra başçıları vəzifədən azad edilməlidi və yeni kardrla təyin edilməlidi. Ilham Əliyevin bu “unikal” yerdəyişməsini necə izah etmək olar?

Birinci versiya budur ki, bu 22 il ərzində YAP-ın heç bir kadrı olmayıb və buna görə də köhnələri “fırlatmaqla” məşğuldurlar.

Ikinci versiya budur ki, hakimiyyət məqsədli şəkildə bu adamları dəyişmir və vətəndaşları sıxmaq, qorxuda saxlamaq üçün məhz bu adamlar lazımdı.

Amma hökumət əsaslandırmağa çalışsa ki, bu tipli dəyiklikdə müsbət məqamlar yatır, o zaman bizim də sualımız var. Belə dəyişiklik yaxşıdırsa, niyə hamıya şamil olunmur? Eyni yeri zəbt eləmək vəzifə xəstəliyi yaradırsa, deputatlar, nazirlər, komitə sədrləri niyə 20 ildir kreslodan qalxmır? Niyə ölkə başçısı Konstitusiyaya dəyişiklik edib, ömürlük prezident olmaq istəyir?

Göründüyü kimi, bu hakimiyyətin hətta icra başçısını vəzifədən azad etmək üçün də siyasi iradəsi yoxdur. 22 il ərzində YAP hakimiyyətinin 20-30 kadrını görmüşük və bunların da cəmiyyətdəki nüfuzu sıfırın altındadı.

Bizim hökumət belə məsələlərdə çox dəqiqdi. Ona görə də icra başçılarının yeri dəyişəndə nəticə dəyişmir. Bu ölkədə vəzifədən azad edilmək, eyni vəzifəni başqa rayonda davam etdirmək anlamına gəlir. Vəzifədən tamam azad edilmək üçün isə həqiqəti danışmaq kifayətdir. Həqiqət dilinə gəldisə, nəinki vəzifədən azad edilirsən, eyni zamanda bütün nəsil-nəcabətin “ermənipərəst”, “vətən xaini” olur.

Beləliklə, Ilham Əliyevin kadr dəyişikliyi yenə də “tarixə düşdü”. Mənfi reputasiyası olanlar ən sadiq kadrlardı. Prezident icra başçılarını şəhər-şəhər gəzdirir. Daha dəqiq desək, ölkə başçısı kadr dəyişikliyində də “karusel”lə məşğul olur.
654 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46