Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Putin: Dünya müharibəsini yenidən yazmağa çalışan qüvvələr var

Pekində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Xi Jinpinq ilə bir araya gəlib.

Rusiya lideri II Dünya müharibəsindən çıxarılan dərslərin heç vaxt unudulmayacağını deyib.

Kreml rəhbəri çıxışında Qərb ölkələrini tənqid edib. Onun sözlərinə görə, tarixdə dünya müharibəsini yenidən yazmağa çalışan qüvvələr var:

“Çin ilə yürütdüyümüz strateji müttəfiqlik çox əhəmiyyətlidir. Bizim xalqlarımız düşmənin qəddar savaşı qarşısında verdiyi saysız qurbanları heç vaxt unutmayacaq”.

Çin lideri də öz növbəsində Rusiya ilə əməkdaşlığa toxunaraq mübarizəni davam etdirəcəklərini qeyd edib:

“İllər keçdikcə bəzi gənclər II Dünya savaşının tarixini daha səhv öyrənməyə, bəziləri unutmağa, digərləri isə tarixi gerçəkləri dəyişməyə çalışır. Rusiya ilə birlikdə bunlara qarşı mübarizə aparacağıq”.

Görüş çərçivəsində iki ölkə arasında 30 ikitərəfli anlaşma imzalanıb./axar/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.1