Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: Salam. Sizə bir sualım var. Mən bu il 11-ci sinifəm. Hazırlaşıram Allahın izni ilə Universitetə qebul olmaq istəyirəm. Dərs və hazırlıq vaxtlarım ilə namazın vaxtları toqquşur məcbur qəzaya qalır. Ola bilər ki qəbul olana qədər saxlayım namazı qəbul olandan sonra inşaAllah qəzalarını qılım?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei


Cavab: Bismillahir-rəhmanır-rəhim
Namazı bilərəkdən qəzaya vermək böyük günahdır. Siz dərslərinizin arasında namazınızı da qılın və burada heç bir problemin yaranması nəzərə gəlmir. Sizdən başqa da dərslərə hazırlaşan milyonlarla namazqılan möminlər vardır. Görün onlar namaz və dərslərini necə tənzimləyirlər və namaza necə əhəmiyyət verirlər?! Hər halda namaz vacibdir və onu tərk etmək günah.
Qurani-kərim ayələrindən məlum olur ki, cəhənnəm əzabına səbəb olan günahlardan biri də namaz qılmamaqdır. Cəhənnəm əhlinin bir hissəsi namaz qılmayan insanlardan ibarət olacaq. Cənnətdəkilər cəhənnəmdə əzab çəkənlərdən soruşacaqlar: «Sizi səqərə (cəhənnəmə) salan nədir?». Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq. Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)» (Müddəssir, 42-47).
Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədirlər:
1. Səhlənkar namazqılanlar ki, namazdan qəflət edərlər. Vay o insanlara ki, namaza qarşı səhlənkardır. Onlar cəhənnəmim dərələrindən biri olan Veyl əhlidirlər.
2. O namazqılanlar ki, bəzən qılır və bəzən də qılmırlar, onlar cəhənnəmim başqa bir dərəsi olan Ğəy əhlidirlər.
3. O dəstə ki, heç bir zaman namaz qılmamışdır. “(Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?" Deyərlər: “Biz namaz qılanlardan deyildik”. (“Muddəssir” 42-43). Onlar cəhənnəmin başqa dərəsi olan Səqr əhlidirlər.
4. O insanlar ki, həmişə namaz qılırlar və namazda mütidirlər”.
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı