Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Bu yazı hicab təhsilə maneədir deyənlərə ithaf olunur

2009-cu ildən etibarən orta məktəblərdə vahid məktəbli formasının tətbiqindən sonra, hicablı şagirdlərin təhsil alması ilə bağlı ciddi problemlər yaranmışdı. Hal-hazırda sözügedən problem müəyyən formada öz həllini tapsa da, bəzi təhsil ocaqlarında öz qüvvəsində qalır. Hicab qadağasının tətbiqini həyata keçirənlərin və bu addımı dəstəkləyənlərin ən əsas arqumentlərindən biri məhz baş örtüsünün təhsilə maneə olması ilə bağlı idi ki, guya şagirdlərin hicab taxması və dini atributlara əməl etməsi onları dərs oxumaqdan kənarlaşdırır. Halbuki bunu anlamaq kifayətdir ki, şagirdlər hicabı gözlərinə yox, başlarına bağlayırlar. Eyni halda istənilən məktəbdə cüzi bir araşdırma aparmaq kifayətdir ki, orta məktəblərdə oxuyan hicablı şagirdlərin necə də nizam intizamlı və dərslərini yaxşı oxumasının şahidi olaq. İslaminsesi.orgun verdiyi məlumata görə, son 3 il ərzində ali məktəblərə qəbul olmaq üçün 700 bal toplayan az saylı şagirdlərdən ikisinin hicablı olması dediklərimizə ən bariz nümunədir. Baş verənlər bunu deməyə əsas verir ki, hicab nəyinki təhsilin qarşısını almır, hətta şagirdlərin təhsilə və dərslərini daha da yaxşı oxumasına şərait yaradan amillərdəndir. Ümid edirik ki, bundan sonra hicablı şagirdlərin təhsil hüquqlarını məhdudlaşdırmağa çalışan məktəb direktorları və aidiyyəti şəxslər qısa zaman ərzində inadlarında əl götürəcəklər.

Əgər qanunla hicab orta məktəblərdə qadağan olunsaydı nə təhsil naziri Mikayıl Cabbarov, nə də ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı 700 bal toplayan hicablı şagirdləri elə hicab geyimi ilə qəbul edib mükafatlandırmazdı.

Xəyal Şükür/Islaminsesi
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı