Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2015

Bu gün iki şəhidimizin anım günüdür

Onların xatirəsi doğulduqları Cəlilabad rayonunda yad edilib
Bu gün Azərbaycan ordusunun zabitləri - Fərid Əhmədov və Əhməd Abdullayevin şəhid olduqları gündür. Anım günü münasibəti ilə şəhidlərin Cəlilabad rayonunda vaxtıilə yaşadıqları evlərə ziyarətçilər gəlib. Hər iki şəhidin evində təşkil olunmuş mərasimdə ehsan süfrələri açılıb, bütün şəhidlərin ruhuna dualar oxunub. Azərbaycan milli ordusunun zabitləri 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-sında Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.Hər iki zabit ölümündən sonra ölkə prezidentinin sərəncamı ilə ”İgidliyə görə” medali ilə təltif olunub.
658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP