Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Türkiyə xalqı üçün ən böyük təhdid ABŞ və İsrail rejimidir

Türkiyənin Kadir Has Universiteti tərəfindən keçirilən xarici siyasətə dair sosioloji sorğuda Türkiyə xalqının ölkənin Yaxın Şərq siyasətlərini uğursuz hesab etdiyi və ən böyük təhdid kimi isə ABŞ və İsrail rejimini gördüyü məlum olub.

Kadir Has Universiteti Türkiyə Araşdırmaları Mərkəzi ölkə ictimaiyyətinin Türkiyə xarici siyasətinə dair dünyagörüşünü ortaya qoymaq və siyasətdə üstünlük verilməli mövzularda təsiri olan təşkilatlara dair düşüncələri müəyyən etmək üzrə "Türk Xarici Siyasəti İctimai Rəylərinin Araşdırması" adlı sorğu keçirib, - İRİB. Universiteti tərəfindən Türkiyənin əhali strukturunu təmsil edən 26 rayonda 18 yaşdan yuxarı 1000 nəfərlərlə görüşülərək aparılan sorğuda respondentlərə xarici siyasətin hansı orqanlardan izlənildiyi, hansı təşkilatların xarici siyasəti icra etdiyi və Türkiyənin başda Suriya, Misir, ABŞ və AB ilə ikitərəfli əlaqələri olmaqla Türkiyə xarici siyasətinin dinamikası mövzularında suallar soruşulub.

Sorğunun nəticələrinə görə, Türkiyənin xarici siyasətdə dostu olmadığını düşünənlərin nisbəti 38,6% ikən, xarici siyasətini tək icra etməli olduğunu ifadə edənlərin nisbəti 20,7% olub./deyerler/
1507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP