Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Fuə və Kəfəryadakı cinayətlərdə Türkiyə birbaşa müqəssirdir!

Nur-az.com alalam.ir-a istinadən:
Suriya xarici işlər nazirliyi tərəfindən BMT baş katibi və Avropa Təhlükəsizlik Şurasının sədrinə göndərildiyi ayrı-ayrı məktublarda şuranın özü başda olmaqla dünya ictimaiyyətinin bu ölkədə terroristlərin törətdikləri cinayətlərə göz yummaları şiddətli məhkum edilib. Suriya qəti şəkildə bildirir ki, terrorizmlə mübarizədə özlərini ön cəbhədə iddia edən ölkələr terroristlər tərəfindən Fuə və Kəfərya məntəqələrinin mühasirəyə düşən əhalisi qarşısında cavabdehdirlər. Ərəbistan, Qətər və Türkiyə dövlətləri tərəfindən himayə edilən terrorist qrupları bu iki məntəqəni mühasirəyə almaqla əhalinin üzünə suyu, azuqəni, dərman ləvazimatını və yanacağı kəsərək gecə-gündüz onların başına bomba yağdırır, günahsız xalqın vəziyyəti olduqca ağırdır, qadın, uşaq, qocalara qədər ölən və yaralananların sayı məlum deyil. Bu iki məntəqədə əl-Nüsrət cəbhəsi və Əhrar əl-Şam terroristləri tərəfindən törədilən cinayətlərdə birbaşa Türkiyə dövləti məsuliyyət daşıyır. Artıq əsl mənada bu ölkənin xalqını müdafiə etməyin vaxtı çatıb və beynəlxalq dünya ictimaiyyəti terrorizmlə mübarizədə məğlubiyyətdə haqlı olaraq suçlanır...
984 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı