Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Rövnəq Abdullayev xalqa minnət qoydu

Niyə neft 120 dollar olanda benzinin qiymətindən danışmırdılar?

Benzinin qiyməti ilə bağlı son günlər səslənən fikirlərə münasibət bildirən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, bir neçə il bundan əvvəl 150 min ton Aİ-95 benzin satıldığı halda, hazırda bu göstərici 20-25 minə düşüb: “Neft dünya bazarında 120 dollar olanda da qiymət bizdə belə idi, 50 dollar olanda da. Niyə 120 dollar olanda benzinin qiymətindən danışmırdılar? Bizdə benzinin qiyməti neftin 60 dollar olandakı qiymətinə bərabərdir, nə qalxıb, nə də ki, enib. Bizdə benzinin qiyməti dünya bazarı ilə tənzimlənmir, dövlət tənzimləyir. Endirmək mümkün deyil, çünki iqtisadiyyatımız sabitdir”.

Benzinin qiyməti sırf iqtisadiyyatımıza hesablandığını qeyd edən şirkət prezidenti Aİ-95 benzinin qiymətinin stabil olduğunu bildirib: “İndi əksəriyyət insan 92 benzindən istifadə edir. Ölkəyə gətirilən 95-98 benzin 6-7 il bundan əvvəl gətirilib və hələ də istifadə olunur. Bu növ benzinlər hər gün gətirilib satılmır. Bir neçə il bundan qabaq 150 min ton Aİ-95 benzin satılırdısa, indi bu göstərici 20-25 minə düşüb”.
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır