Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Kərəm Həsənovla davaya görə işdən çıxarılan məmurun yerinə təyinat

Cəlilabadın təhsil şöbəsinin müdiri icra başçısının birinci müavini təyin olunub

Cəlilabad Rayon Icra Hakimiyyətində (RIH) yeni kadr təyinatı olub. Bu barədə “Report”un sorğusuna cavab olaraq RIH-dən bildirilib.

Məlumata görə, Vidadi Dövlətov RIH başçısının birinci müavini vəzifəsinə təyin edilib. Vidadi Dövlətov bu təyinata qədər Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. “Hazırda təhsil şöbəsinin müdiri vəzifəsi vakantdır”, - RIH-dən bildirilib. Qeyd edək ki, RIH başçısının birinci müavini Asif Əzizov ötən ay vəzifəsindən azad edilib.

Məlumatlara görə, Asif Əzizov Cəlilabadın qeyri-rəsmi kuratoru olan əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovla arasında yaranan qalmaqala görə işdən çıxarılıb. Məlumatlarda deyilir ki, ölkə başçısı Ilham Əliyevin Cəlilabada səfərindən 2 gün əvvəl Kərəm Həsənov bu rayonun qeyri-rəsmi kuratoru kimi ora gedib. Komitə sədri görülən işlərlə tanış olarkən Asif Əzizovun fəaliyyətindən narazılığını ifadə edib. O, birinci müavinin üzərinə düşən işin öhdəsindən gələ bilmədiyini bildirib. Eyni zamandı Asif Əzizovun ünvanına sərt ifadələr işlədib. Birinci müavin isə idarəçilikdə yeni olmadığını, işinin öhdəsindən gəldiyini Kərəm Həsənovun diqqətinə çatdırıb. Komitə sədri bundan sonra daha da hiddətlənib və Asif Əzizovu təhqir edib. Birinci müavin də Kərəm Həsənovu cavabsız qoymayıb. Mübahisə əlbəyaxa səviyyəsinə çıxıb. Lakin həmin vaxt orada olanlar komitə sədri ilə birinci müavini ayırmağa müvvəfəq ola biliblər. Kərəm Həsənov Asif Əzizova işdən çıxarılacağını və bütün bunlara görə cavab verəcəyini deyərək birinci müavini hədələyib.


Məlumatlarda həmçinin bildirilir ki, Asif Əzizovun işdən çıxarılması Cəlilabadda narazılıqla qarşılanıb./azadlıq/
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...