Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

İşğalçı İsrail həbsxanalarındakı fələstinlilərin sayı açıqlandı

Fələstin Qurtuluş Təşkilatına (FAT) aid Əsirlər Heyəti rəhbəri İsa Karaki, İsrail həbsxanalrındakı fələstinli əsirlərin sayının 6 minə yüksəldiyini bildirib.

Təşkilat məhbuslar və azadlığa çıxanlar üçün ikinci Ərəb konfransının keçirilməsini tələb edir. Ərəb Birliyinin Qahirədəki mərkəzində İsrail həbsxanalarındakı fələstinlilərə dəstək məqsədiylə qurulan Əsirlər və Sərbəst qalanlar Fondunun məsul komitəsində keçirilən toplantıda açıqlama verən Karaki deyib ki, İraqın paytaxtı Bağdadda 2012-ci ilin dekabr ayında təşkil edilən konfransdan sonra İsrail həbsxanalarındakı əsirlərin sayı min nəfər artaraq 6 minə yüksəlib.

Ərəb Birliyinin 2012-ci ildə təşkil etdiyi konfransda Fələstinli məhbusların vəziyyətlərini hüquqi, siyasi, media və reabilitasiya baxımından əhatə edən Əsirlər və Sərbəst qalanlar Fondunun qurulduğunu xatırladan Karaki, İsrailin əsirlərlə çox pis davrandığını, onları azad etmək üçün böyük dəstəyə ehtiyac olduğunu bildirib: “Bizi əhatə edən çətinliklərə baxmayaraq əsirlər mövzusunun davamlı olaraq gündəmdə qalması üçün əsirlər və sərbəst buraxılan məhbuslara dəstək məqsədi ilə ikinci Ərəb konfransının təşkil ediləcəyinə ümid edirik".
674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı