Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Ölümü ilə dünyanı şok edən körpə Kobanidə basdırıldı

Türkiyədən Yunanıstanın Kos adasına üzərək keçmək istəyərkən digər miqrantlarla dənizdə batmış 3 yaşlı uşağın cəsədini öz vətənində basdırıblar.

Bodrum sahilində ölmüş şəkildə çəkilmiş fotosu ilə bütün dünyanı şok edən Aylan Kürdi doğma şəhəri Kobanidə basdırılıb.

Dəfn mərasiminə yüzlərlə adam gəlib. Aylanla birgə anası və 5 yaşlı qardaşı da dənizdə boğulmuşdu. Ailədən ancaq atası Abdulla sağ qalmışdı.
688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54