Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Husilərdən ərəb ittifaqına ağır zərbə- onlarla əsgər öldürüldü

Yəməndə husilər onlarla koalisiya əsgərini öldürüb.

Bu xəbəri onlara aid “SABA” informasiya agentliyi yayıb. Agentlik bildirib ki, döyüş Yəmənin Marib vilayətinin Safir qəsəbəsində baş verib.

Qəsəbə sakinləri də faktı təsdiqləyirlər. Onlar koalisiya qüvvələrinə aid silah anbarının partladıldığını, nəticədə xeyli əsgərin öldüğü və yaralandığını deyiblər.

Yəməndə Husilərin hakimiyyəti inqilabi yolla ələ keçirməsinə qarşı Səudiyyə Ərəbistanının liderliyi ilə keçirilən əməliyyatda iştirak edən bəzi ölkələr öz itkilərini açıqlayıblar. Açıqlanan rəsmi məlumatlara görə, ən böyük zərər Birləşmiş Ərəb Əmirliyinə dəyib. Əmirlik etiraf edib ki, partlayışda onun 22 əsgəri həyatla vidalaşıb. Bəhreyn isə 5 əsgərini itirdiyini bildirib. Koalisiyanın üzvü olan digər ölkələr itkiləri barədə heç bir məlumat verməyiblər.
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı