Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

İran Hərbi Hava Qüvvələrinin təlimi başlayıb

Bu gün İran İslam Respublikasının Həbri Hava Qüvvələrinin (HHQ) İsfahan əyalətində "Vilayətin fədailəri" adı atlında hərbi təlim başlayıb.
Bu haqda HHQ-nin saytı məlumat yayıb.
Xəbərə görə, bu HHQ-nin 5-ci təlimidir. Bu tədbirdə bütün hava qüvvələri birlikləri iştirak edir.
İran HHQ-nin komandan müavini Əlirza Berhur deyib ki, təlimdə əvvəlcə döyüş təyyarələri və qırıcılar, çeşidli kəşfiyyat təyyarələri uçacaq. Bundan başqa təlimə pilotsuz uçan aparatlar da cəlb ediləcək.
Onun sözlərinə görə, təlimdə "F-4", "F-5", "F-14", "F-7", "Soho-24", "Mig-29", "C-130", " Boeing 707", "Boeing747", "Saika" tipli təyyarələr və qırıcılardan istifadə olunur.
Qeyd edək ki, İran qarşıdan gələn 7 ay ərzində 20 hərbi təlim keçirməyi planlaşdırır.


685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber