Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Müdafiə nazirinin müavini qiyam qaldırdı

Tacikistanın Düşənbə və Vaxdate şəhərlərində həyata keçirilən hücumların gedişatında Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin 33 əməkdaşı öldürülüb.

“RİA-Novosti” xəbər verir ki. bu barədə Müdafiə Nazirliyindəki mənbə bildirib.

Daha əvvəl Daxili İşlər Nazirliyi hücumlarda 17 hərbi qulluqçunun öldüyünü açıqlayıb. Nazirliyin məlumatına görə, hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdüxəlim Nazarov rəhbərlik edib. Məlumata görə, Nazarov hücumları desant-hücum batalyonunun 135 hərbi qulluqçusu ilə həyata keçirib.

Məlumata görə, keçmiş nazir müavininin qruplaşmasından 9 hərbi qulluqçu həlak olub.

Təqib edilən Nəzərovun tərəfdarlarından böyük miqdarda silah-sursat əldə edilib. Bundan başqa, onun tərəfdarlarından yeddi nəfər sağ ələ keçirilib.

Bildirilir ki, hüquq-mühafizə orqanları hazırda dəstənin məhv edilməsi üzrə əməliyyat aparır. Paytaxt Düşənbədə hökumət müəssisələrinə, həmçinin prezident sarayına aparan əsas küçələr bağlanıb.
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19