Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Ərəb şeyxlərinin qanlı günü: onlar bir gündə Yəməndə 66 hərbçi itiriblər

Ötən gün yəmənlilərin hücumu nəticəsində ölən BƏƏ hərbçilərinin sayı 45-ə çatıb.

İnterAz-ın al-Arabiya telekanalına istinadla verdiyi xəbərə görə, təcavüzkar Birləşmiş Ərəb Əmirlyinin silahlı qüvvələri ötən gün Yəmənin Mərib əyalətində ölən əsgərlərinin sayının 45-ə çatdığını deyib.

Qeyd edək ki, Yəmən ordusu burada bir ballistik raketlə Mərib əyalətinə girən BƏƏ əsgərlərini hədəfə alıb. Silah anbarına düşən ballistik raket onlarla BƏƏ hərbçisinin ölməsi ilə nəticələnib.

Bəhreynin rəsmi agentliyi də Səudiyyə Ərəbistanın cənubunda 5 əsgərinin öldüyünü bildirib. Husilərin aparıcı üzvlərindən biri əl-Buxeyti al-Mayadeen-ə verdiyi müsahibədə bidirib ki, bəhreynli əsgərlər Yəmən ərazisinə daxil olarkən vurulublar.

Əl-Məsira telekanalı isə bildirib ki, Səudiyyə Ərəbistanın Cizan əyalətinin Yəmənlə sərhəddində qurulan pusquda Səudiyyə Ərəbistanın 16 əsgəri öldürülüb.

Qeyd edək ki, bu ilk dəfədir ki, Səudiyyə Ərəbistanın koalisiyası bir gündə bu qədər itki ilə üzləşir.

BƏƏ və Səudiyyə ötən günkü itkilərindən sonra gecə bir neçə dəfə paytaxt Sənaya şiddətli hava zərbələri endirib.
646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı