Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Ordumuzun əsgəri həlak oldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Orucov Samir Dadaş oğlu şəhid olub.

S. Orucovun ölümünə səbəb kimi sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanması, əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinməsi göstərilir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Bəzi elektron kütləvi informasiya vasitələrində isə əsgərin atəşkəs rejiminin pozulması nəticəsində şəhid olduğu bildirilirdi.

Iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində Erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət etmiş Eldar Səxavət oğlu Fətəliyev şəhid olmuşdu./ans/
713 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55