Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

“İnsanlarla zorakı münasibət hakimiyyətin özü üçün də təhlükəlidir”

“Qanunsuzluq nə qədər böyükdürsə, doğurduğu narazılıq da o qədər böyük olur”


Azərbaycan cəmiyyətinin illər uzunudur ki, mövcud idarəetmə sisteminin basqı və təzyiqlərindən əziyyət çəkdiyi, mütəmadi repressiyaların nəhəng poliqonuna çevrildiyi heç kimə sirr deyil. Xeyli sayda jurnalistin, siyasətçinin həbs edilməsi, QHT rəhbərlərinin məsuliyyətə cəlb edilməsi və təqib olunması və s. buna sübutdur.
Maraqlıdır, hakimiyyətin cəmiyyətə, demokratik kəsimə yönəlik basqıları mahiyyət etibari ilə topluma necə təsir göstərir? Bu, xalqın mübarizə əzmini, dirəniş qətiyyətini artırır, yoxsa əksinə, onu daha da mütiləşdirir?
Moderator.az-a açıqlama verən ehtiyatda olan ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal hakimiyyətin xalqa olan münasibətinin insanlarda narazılıq və qəzəb doğurduğunu bildirdi:
“Belə bir qanun var: təsir əks-təsirə bərabərdir. Qanunsuzluq nə qədər çox və böyükdürsə, bu, həmin şəxslərin özünə bir o qədər çox və ciddi təhlükə doğurur. Əslində hakimiyyət çalışmalıdır ki, qəbul etdiyi və əməl etməsi gərəkən qanunları pozmasın, bütün məsələləri qanun çərçivəsində həll eləsin. Hakimiyyətin, məmurların etdiyi qanunsuzluqlar cəmiyyətdə çox böyük narazılıq yaradır. Bu, ümimilikdə hakimiyyətin əleyhinə işləyən bir məsələdir. Məsələlərin qanun çərçivəsində həll edilməsi hakimiyyətin marağında olmalıdır. Əgər kimsə qanunları pozubsa belə onunla qanun çərçivəsində rəfdar olunmalıdır. Yoxsa kimisə polisə aparıb orada döyüb öldürmək insanlarda narazılıq doğurmaqla yanaşı, həm də dövlətə qarşı inamsızlığa səbəb olur. Ola bilsin ki, insanlarla bu cür rəfdar müəyyən dövr və ya mərhələ üçün effektiv olsun. Onlarda qorxu və xof yaratsın. Lakin bu, sonucda çox böyük partlayışa səbəb ola bilər. Bu, sosial partlayışlarla yanaşı hakimiyyətə yönəlik çıxışlarala da nəticələnə bilər. Hakimiyyət təmsilçiləri anlamalıdırlar ki, bu yolla insanları idarə etmək və hakimiyyəti əldə saxlamaq olmaz”.
970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı