Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Gəncədə üç uşaq anası özünü asdı

Gəncədə intihar hadisəsi baş verib. Hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, şəhərin Gülüstan qəsəbə sakini 1975-ci il təvəllüdlü Cəmilə Əhməd qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.

Özünü öldürən 40 yaşlı qadının 3 azyaşlı övladı olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə paytaxtda qeydə alınmışdı. Səbail rayon Badamdar qəsəbəsi 1-ci yaşayış massivi döngə 8, ev 399-da yaşayan 1978-ci il təvəllüdlü Venera Vaqif qızı Həsənova yaşadığı evdə özünü asmışdı. İntihar edən qadının iki azyaşlı övladı olub./ans/
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP