Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

Ermənistan ordusu ağır itki verdi

Son bir həftə ərzində Ermənistan ordusu xeyli sayda itki verib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır.

Həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub.

Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitini qiymətləndirərək qarşı tərəfin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib.

"Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var".-Müdafiə Nazirliyinin məlumatında belə deyilir.
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber