Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

Putinin bilinməyən qəhrəmanlığı - 1989-cu il

Rusiya prezidenti Vladimir Putinin bilinməyən qəhrəmanlığı ortaya çıxıb. 1989-cu ildə Almaniyada xidmət edən Sovet kəşfiyyatının üzvü Putinin əlindəki silahla Sovet kəşfiyyat binasını təxminən 5 min alman hücumçusundan qoruduğu bildirilir.Məşhur rus jurnalist Andrey Karaulovun yayımladığı sənədli filmə görə, 1989-cu ildə Berlin divarı yıxıldığı zaman 5 min alman əsgəri Drezdendə Şərqi Almaniyanın kəşfiyyat binasına hücum edib. Binanı yerlə-yeksan edən hücumçular daha sonra Sovetin kəşfiyyat binasına hücuma keçiblər. Filmdə "Qərargah rəisi Albay silahlıları görüb qaçdı. Albayın yerini Putin aldı. Almanların bu binanı da yerlə-yeksan edəcəyini anlayan Putin yaxındakı sovet əsgərlərinə zəng edib. Dəstənin komandiri isə rəsmi Moskvanın təlimatı olmadan binanı qoruya bilməyəcəklərini bildirib. Moskvadan isə hər hansı bir cavab gəlməyib".Karaulovun sözlərinə görə, Putin 5000 əsgərin qabağını kəsərək "Ölkəmizin iradəsi nəticəsində Berlin divarı yıxıldı. Bura isə qoruduğumuz binadır. Bura SSRİ-nin mülkiyyətidir. Mənin düzgün başa düşün, bura başqa bir ölkənin mülküdür. Biz sadəcə əsgərik, öz xidmətimizi həyata keçiririk" deyə bildirib.Cəmi 8 sovet əsgərinin pəncərə arxasında əllərində silahla hazır vəziyyətdə dayandığını bildirən Karaulpva görə, silahlılar Putinin üzərinə gəlmək istəyərkən Putin əlindəki silahı göstərərək "Əlimdə 12 güllə var. Bir gülləni özümə saxlayıram. Vəzifəmi yerinə yetirərək atəş açacam. Mən əsgərəm, başqa cür hərəkət edə bilmərəm" deyə bildirib. Sənədli filmdə "Xəbərdarlıqdan sonra Putin nərdivanlara doğru yavaş-yavaş yuxarı çıxmağa başlayır. Ən son pilləyə qalxdığında başını çevirdi və yavaş-yavaş almanların oranı tərk etdiyini gördü. O gecə heç bir alman SSRİ-nin kəşfiyyat binasına girmədi və arxivlərə toxunmadı" ifadələri yer alıb. 2009-cu ilin noyabr ayında NTV televiziyasına müsahibə verən Putin baş verən hadisələrin qismən doğru olduğunu bildirmişdi. Berlin divarının yıxılmasından sonra Drezdendəki ofisə insanların gəldiyini, ancaq onların heç bir qarşıdurma yaratmadığını qeyd edən Putin "Mən onlara binanın SSRİ-yə məxsus olduğunu və razılaşma əsasında burada xidmət etdiyimi dedim. Bir müddətdən sonra binanı tərk etdilər. Ümumilikdə çətin bir dövr idi" deyə bildirib./olaylar
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı