Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Türkiyənin hakim partiyasının binası bombalandı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkir vilayət təşkilatının inzibati binasına bomba atılıb.
Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, gecə saatlarında 4 naməlum şəxs tərəfindən AKP-nin binasına iki ədəd əldəqayırma partlayıcı qurğu atılıb. Lakin bombalar binanın yaxınlığındakı mağazanın qarşısında partlayıb. Partlayışın gücündən mağazanın şüşələri qırılıb.

Hadisə yerinə xeyli sayda polis cəlb edilib.
Partiya binasında heç kimin olmadığı bir vaxtda baş vermiş hadisədən dərhal sonra naməlum şəxslərin axtarışına başlanılıb.
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber