Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Türkiyə - Suriya sərhədində gərginlik: 5 əsgər yaralandı

Mazut qacaqmalçıları Türkiyə sərhədçilərinə daş-kəsək atıb

Türkiyə - Suriya sərhədində gərgin anlar yaşanıb. Ans "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hatayda sərhəddən mazut keçirmək istəyən qaçaqmalçılarla sərhədçilər arasında insident olub. Nəticədə 5 əsgər yaralanıb.

Belə ki, Suriyadan gətirilən mazutu qəbul etmək üçün sərhəd yaxınlığında çoxlu sayda traktor olduğundan, əsgərlər onların sənədlərini yoxlamaq istəyib. Bu zaman qaçaqmalçılarla sərhədçilər arasında insident baş verib. Qaçaqmalçılara Beşaslan kəndinin sakinləri də dəstək verib. Əsgərlərə daş-kəsək atılıb.

Yaralı əsgərlər xəstəxanaya çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir. Müdaxilə zamanı qacaqmalçılardan da yaralanan olub.

Sərhəd bölgəsində güclü təhlükəsizlik tədbirləri görülüb.
1664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
Go to TOP