Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2015

Tacikistanda 9 polis əməkdaşını qətlə yetirən qruplaşmaya qarşı əməliyyat davam edir

Tacikistanda 9 polis əməkdaşını qətlə yetirən qruplaşma üzvlərinə qarşı xüsusi əməliyyat davam etdirilir. BBC xəbər verir ki, sabiq müdafiə nazirinin müavini, general Abduhalim Nazarzodanın 13 silahlı tərəfdarı öldürülüb, 32 nəfər həbs olunub.
Daxili İşlər Nazirliyi, generalın başçılıq etdiyi "terrorçu qrupa" məxsus çoxsayda silah-sursat və nəqliyyat vasitələrinin müsadirə edildiyini açıqlayıb.
Ötən həftə prezidentin fərmanı ilə vəzifəsindən azad edilmiş Nazarzodanın döyüşdən sonra bir qrup silahlı ilə paytaxt Düşanbedən 50 kilometr uzaqlıqda yerləşən Romit dərəsinə doğru çəkilib. Onların axtarışı davam etdirilir.
Rəsmilər generalı ötən cümə günü Vahdat qəsəbəsində yerli DİN bölməsi və paytaxt Düşənbədə Müdafiə Nazirliyinin binasına hücumlarda ittiham edir. Hücumdan sonra ABŞ-ın Düşənbədəki səfirliyi bağlanılıb.
General Nazorzoda 1990-cı illərdə hökumət qüvvələrinə qarşı vuruşan Birləşmiş Tacik Müxalifətinin (BTM) üzvü olub. O, 1997-ci ildə hökumətlə müxalifət razılaşması əsasında yaradılmış barışıq hökumətində nazir müavini vəzifəsinə təyin olunub.
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı