Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2015

Elçin Manafov quracağı yeni təşkilatdan danışdı

AİP-in keçmiş sədr müavini Elçin Manafov yeni qurulacaq təşkilatdan danışdı.

Bu barədə Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini Hacı Elçin Manafov İslamazeri.az saytına məlumat verib.

Keçmiş sədr müavini müxbirimizə bunları deyib:

"Bildiyiniz kimi mən 4 ildən artıqdır ki, İslam Partiyasında qardaşımız Hacı Mövsüm Səmədovu əvəz edirdim. İndi şükürlər olsun ki, yenə də bizim əzizimiz, ruhani qardaşımız Hacı İlham Əliyev ağır məsuliyyəti öz çiyinlərinə götürməyə razılıq verdi. Bununla da biz bu vəzifəni ona təhvil verdik. Ümid edirəm ki, o, inşallah məndən də ləyaqətli, məndən də gözəl bu işi aparacaq. Biz buna inanırıq. Bildiyiniz kimi mənim də dini təhsilim var, ruhaniyəm, çoxdandır arzulayırdım ki, vaxt edim biraz islami maariflə məşğul olum. İnşallah biz bu niyyətlə bir cəmiyyət açmaq istəyirik. Təqribən işin böyük hissəsi həyata keçirilib. Bircə ad təyin etməkdə bir neçə seçim üzərində qalmışıq, onu da həll edib tezliklə mətbuata ümumi məlumat verəcəyik. Məqsədimiz amalımız maarifdir, islam maarifi. İstəyirik ki, bizim də bu sahədə xidmətimiz olsun."/İslaminsesi/
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi