Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2015

07 sentyabrda gözlənilən hava şəraiti

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, gecə 20-24°, gündüz 29-34° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağda - Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 12-17°, gündüz 25-30° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz hava şəraiti müşahidə ediləcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 19-24°, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber