Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

Türkiyədə 15 əsgər öldürüldü

Yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb

Ötən gecə Türkiyədə baş vermiş terror hadisəsi nəticəsində çoxlu sayda şəhid və yaralının olduğu bildirilir.

Türkiyənin Anadolu Agentliyinin verdiyi xəbərə görə, Hakkarinin Dağlıca bölgəsində PKK üzvlərinin yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.

Nəticədə ölü və yaralıların olduğu bildirilir.

“Reuters” xəbər agentliyi isə terror nəticəsində 15 əsgərin öldüyünü yazıb.

Məlumata görə, yola basdırılmış minanın partlaması nəticəsində Türkiyə Ordusunun iki maşını tamamilə parçalanıb.
491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı