Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

Rusiya İdman Güləşi Federasiyasının prezidenti ABŞ-a buraxılmayıb

ABŞ hökuməti Rusiya İdman Güləşi Federasiyasının (FSBR) prezidenti Mixail Mamiaşviliyə viza verməkdən imtina edib. Bu barədə "Ves Sport"a FSBR-in vitse-prezidenti Georgi Brüsov açıqlama verib.
O, qərarı "siyasi" adlandırıb: "İştirakçı və rəsmi şəxslərə viza dəstəyi dünya çempionatının təşkilatçıları üçün baza şərtlərindən biridir. Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Rusiya və ABŞ milli olimpiya komitələrinin səylərinə baxmayaraq, dahi güləşçi və nüfuzlu idman funksionerinə ABŞ-a viza verilməsindən imtina edilib. Qərar idmanla bağlı deyil. ABŞ Güləş Federasiyası viza məsələsinin həlli üçün hər şeyi etdi. Amma siyasət yenə idmandan və sağlam düşüncədən yüksəkdə oldu".
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı 7 - 12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində start götürəcək. Bu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziya turniri olacaq. 18 çəki dərəcəsində ilk 6 yeri tutanlar olimpiadaya lisenziya qazanacaqlar. Mixail Mamiaşvili 1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2001-ci ildən FSBR-ə rəhbərlik edir. 2002-ci ildə onun Finlandiyaya viza üçün müraciəti də rədd olunub.
658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...