Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

İran Avropa ölkələrini qaçqınlar qarşısında insani vəzifələrini yerinə yetirməyə çağırıb

“Biz bəzi Avropa ölkələrinin mühacirlərin xilası üçün gördükləri müsbət tədbirlərə görə sevinirik. Ümidvarıq ki, Aİ-in digər ölkələri də buna qoşulacaq və qaçqınlar qarşısında insani-tarixi borclarını yerinə yetirəcəklər”.

İnterAz-ın İRNA-a istinadla verdiyi xəbərə görə, bunu İranın prezidenti Həsən Ruhani ötən gün Tehranda Macarıstanın səfirini qəbul edərkən deyib.

İran prezidenti Avropa ölkələrini qaçınlar qarşısında olan insani borclarını və vəzifələrini yerinə yetirməyə çağırıb.

Həsən Ruhani bildirib ki, onun ölkəsi bölgədə hamıdan çox qaçqın qəbul edən ölkədir və bundan sonra Əfqanıstan və İraqdan daha çox mühaciri qəbul edəcək.

Qeyd edək ki, Almaniya və Avstriya son günlərdə Macarıstandan gələn mühacirləri ölkələrinə buraxıblar. Məlumata görə, artıq əksəriyyəti suriyalı olan 14 min mühacir Almaniyaya çatıb.
547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17
“Qul bazarı