Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

Avro-2016: Oyunların nəticələri

Avro-2016-nın seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib. Daha 3 qrupda qaliblərin adı məlum olub.

Belə ki, "A" qrupundakı qarşılaşmalarda Latviya yığması Çexiya millisinə 1:2 hesabı ilə məğlub olub.

Türkiyə isə Hollandiya komandasının qapısından 3 cavabsız top keçirib.

İslandiya-Qazaxıstan görüşündə hesab açılmayıb. Buna baxmayaraq İslandiya yığması 19 xalla qrup cədvəlinə rəhbərlik edir.

"B" qrupunda isə nəticələr belədir:

Bosniya və Herseqovina-Andorra - 3:0

Kipr-Belçika - 0:1.

Qrupda ən çox xal Uels komandasının (18 xal) hesabındadır.

"H" qrupunda mübarizə aparan Azərbaycan yığması Malta millisi ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Norveç-Xorvatiya qarşılaşması 2:0, İtaliya-Bolqarıstan oyunu isə 1:0 nəticə ilə yekunlaşıb. Bu qrupda ən çox xal İtaliya millisinin (18 xal) aktivindədir.
677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
0