Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

ABŞ kəşfiyyatı: “Rus ordusu Suriyadadır”

“Nyu York Tayms” Rusiyanın Suriyaya çoxlu sayda hərbçi göndərdiyini iddia edib.

Bu barədə ABŞ səlahiyyətliləri qəzetə məlumat verib.

Xəbərə görə, Rusiya Suriyadakı hava bazasına yüzlərlə hərbçidən əlavə, müvəqqəti çadırlar və portativ hava nəzarət stansiyası göndərib.

Ötən gün Dövlət Departamentinin rəhbəri Con Kerri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında bu məsələ müzakirə olunsa da, vəziyyət gərgin olaraq qalır.

Nəşrin iddiasına görə, Rusiya Suriya hökumətinə aktiv dəstəyini gizlətməyə çalışır. Lakin kəşfiyyat məlumatları nəticəsində aydın olur ki, radikal terrorçu qruplaşmalara, xüsusən də İŞİD-ə qarşı mübarizə üçün Moskva Dəməşqə yardımını əsirgəmir./axar/
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP