Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

Mövsüm Səmədov Ayətullah Həmədaninin səfərinə münasibət bildirib

“Ayətullah Həmədaninin Azərbaycana gəlişi Allah tərəfindən xalqımız üçün böyük bir nemətdir” “Mövsüm Səmədovun ailə üzvləri onun üçün xüsusi bağlamada balaca şirniyyat sovqatı göndərmişdilər. Təəssüflər olsun ki, həmin sovqatın içəri keçirilməsinə imkan verilmədi.” Bu sözləri İslaminsesi.org saytına AİP lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı bu gün doktor Səmədovla görüşü zamanı baş verənlər haqqında açıqlama verərkən qeyd edib. Vəkilin sözlərinə görə, Mövsüm Səmədov müsəlman dünyasının böyük alimi Ayətullah Həmədaninin Azərbaycana gəlişi ilə bağlı da öz fikirlərini bildirib: “Mövsüm Səmədov bildirdi ki, Ayətullah Həmədaninin Azərbaycana gəlişi Allah tərəfindən xalqımız üçün böyük bir nemətdir. Xalqımızın bu həzrəti məhəbbətlə qarşılaması bir daha göstərdi ki, tarixən Əhli-Beyt və vilayət yoluna sadiq qaldığımız kimi, hazırda da bu yola sadiqik. O, həzrətin gəlişindən xalqımız bəhrələnərək nəhayətdə öz səadətinə yetişəcəkdir.” Mövsüm Səmədovun səhhətinin yaxşı və əhval ruhiyyəsinin isə yüksək olduğunu söyləyən Anar Qasımlı, “hamıya salamları göndərərək 50 illik yubileyinin qeyd edilməsini özünə məxsus təvazökarlıqla qarşıladı və zəhməti keçən hər bir kəsə öz təşəkkürünü bildirdi”, - deyə qeyd etdi: ”Hazırda Mövsüm Səmədovun həbsxanadakı ən ciddi problemlərindən biri informasiya blokadası ilə bağlıdır ki, dünyada və ölkədə baş verən hadisələrdən xəbərsizdir.”/İslaminsesi/
1100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 11:34