Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2015

Rusiya Kerriyə cavab verdi - "Suriyaya dəstəyimiz heç vaxt gizli olmayıb"

«Rusiya terrora qarşı mübarizə aparması üçün Suriya hökumətinə hərbi texnika göndərdiyini heç vaxt gizlətməyib».

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.

Zaxarova bildirib ki, ABŞ dövlət katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovdan rəsmi Moskvanın Suriyaya məlum dəstəyinin detalları ilə maraqlanıb: «Lavrov da təsdiqləyib ki, bu cür yardım hər zaman olub və Rusiya bunu heç vaxt gizli saxlamayıb».

Qeyd edək ki, son günlər Rusiyanın Suriyadakı döyüşlərdə hərbi iştirakı məsələsi gündəmə gəlib. Üstəlik Rusiyanın Suriyadakı şəhərlərdən birində hərbi şəhərcik qurduğu barədə məlumatlar yayılır. Iddialara görə, şəhərcik rusiyalı hərbiçilər üçün nəzərdə tutulub. Eyni zamanda Rusiyanın hərbi təyyarələri və texnikası üçün baza rolunu da oynaya bilər.
502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP