Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Ölülərini yumağa su tapmırlar - Foto

Azərbaycanda kənd var, ölüsünü yumağa su axtarır 
Azərbaycanda bir kəndin əhalisi susuzluqdan yanır. Beyləqan rayonu, Orta Əlinəzərli kəndinin sakinləri yazdıqları məktubda illərdir susuzluqdan əziyyət çəkdiklərindən şikayətlənirlər. Su problemi ilə üzləşən kənd sakinlərindən birinin anasının meyitinin su ucbatından gec yuyulması onları daha da hiddətləndirib:

“Bələdiyyə və icra nümayəndəsi isə su istəyən sakinlərlə kobud rəftar edir. İcra nümayəndəsi Quliyev Famil kənddə suyun olduğunu desə də, cəhdi uğursuz alındı. Rayon icra hakimiyyətinə də məlumat verilsə də, hələlik heç bir xəbər yoxdur. Hər gün qadınlar kilometrlərlə yol gedib su daşıyırlar".

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Orta Əlinəzərli kənd üzrə nümayəndəsi Famil Quliyev Milli.Az-a açıqlamasında su qıtlığının yaranma səbəbindən danışdı:

“Kənd ərazisində 50 il əvvəl qazılmış artezian quyusu quruyub. Əvvəllər kənddə 50-60 ev vardı, bu gün isə 170 ev var. Sakinlərə başqa arteziandan su xəttinin çəkilməsi üçün 400 metr plastik boru almalarını demişəm. Onlar əvvəl razılaşsalar da, sonradan pullarının olmadığını dedilər”.

İcra nümayəndəsi kəndin su probleminin yaxın zamanda həll ediləcəyinə söz verdi: “Hazırda rayon ərazisində 7 artezian quyusu qazılır. Həmin quyuda bizim kəndin də payı var. Gələn ilin yayına kimi həmin artezian quyusu istifadəyə veriləcək və bununla da susuzluğa son qoyulacaq. Rayon ərazisində ən yaxşı su bizim Əlinəzərli kəndindədir. Beyləqanın elə kəndləri var ki, 7000 ev var, amma suyu vedrə ilə daşıyırlar”.


1829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:21