Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Tərtərdə partlayış: 23 yaşlı gənc yandı

Tərtər rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən partlayış baş verib. Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Qasımlı Alim Akif oğlu ağır yanıq xəsarətləri ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Tərtər şəhərinin Həzi Aslanov küçəsində qeydə alınıb. 23 yaşlı gənc əlində siqaret bir qabdan digərinə benzin tökərkən qəflətən partlayış baş verib. Hadisədən ilk olaraq yaralının anası xəbər tutub.

Zərərçəkən dərhal Tərtər şəhər xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber