Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Tacikistanda silahlı üsyanın yatırıldı

Tacikistan höküməti keçmiş Müdafiə nazirinin müavini Əbdülxalim Nəzərzodə tərərinfən təşkil olunmuş silahlı üsyanın qarşısının alındığını elan edib. Generalın tərəfdarları və təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmalarda hər iki tərəfdən 20 nəfərdən çox insan həlak olub, 40 nəfər həbs olunub. Hökümətin yaydığı bəyanata görə, Təkcə sentyabrın 7-də nazir müavininin 14 tərəfdarının həbs olunduğu, külli miqdarda silah-sursatın müsadirə olunduğu bildirilir. Tacik qoşunları general Nəzərzodəni paytaxt Düşənbədən 150 km şərqdə yerləşən Romit dərəsi adlandırılan ərazinin yaxınlığında axtarışını davam etdirir. Keçmiş nazir müavininin axtarışına sentyabrın 4-də Düşənbədə silah anbarına və polis məntəqəsinə edilmiş qanlı hücumdan sonra başlanılıb.
408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...