Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

İraqda son günün terror aktında ölənlərin sayı

İraqda ötən gün törədilən terror aktlarında 40 nəfər ölüb, 120 nəfər yaralanıb.

SalamNews-un "Reuters"ə istinadla verdiyi xəbərə görə, bu dəfə partlayışlar əsasən insanların sıx toplaşdığı bazar və ticarət mərkəzlərində olub.

Terror aktlarının ən şiddətlisi paytaxt Bağdadın şiələrin məskunlaşdığı əl-Biya bölgəsində baş verib. Burada içərisində mina yerləşdirilmiş avtomaşının partlaması nəticəsində yeddi nəfər ölüb, 14 nəfər ağır yaralanıb.

Digər partlayış Bağdadın şimalında yerləşən və əsasən sünnilərin məskunlaşdığı ət-Taci rayonunda baş verib. Maşın təmiri emalatxanasında törədilən partlayışda üç nəfər ölüb, 10 nəfər yaralanıb.

İraqda yeddi aydır, cərəyan edən terror dalğası son beş ildə müşahidə olunan ən dəhşətli hadisələrlə yadda qalıb. Belə ki, ölkə paytaxtı, demək olar, hər gün terror aktlarının şahidi olur. Statistikaya əsasən, son bir il ərzində ölkədə törədilən terror aktları nəticəsində səkkiz min insan həyatını itirib.
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber