Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

ABŞ casusu Rusiyada qadın tualetində yaxalandı (VİDEO)

Amerikanın adına Rusiyada fəaliyyət göstərən 3 casus getdikləri restortanın təhlükəsizlik kameralarına yaxalanıblar. Həmin şəxslər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlarıdır. 

Casuslar Robert Hines, Timoti Finneqan və Con Qranosun görüntüləri barədə geniş reportaj hazırlayan Rusiyanın “NTV” kanalı onları teatr göstərməkdə ittiham edir. 

Təhlükəsizlik kamerasının görüntülərinə görə, Timoti Finneqan özünü həyat yoldaşının rəfiqəsi kimi qələmə verərək zənci qadın paltarı geyinir. Üzünü şərflə bağlayan, parik taxan və qırmızı gödəkcə geyinən Finneqan restoranın ayaqyoluna qadın kimi girir və ordan kişi kimi çıxaraq uzaqlaşır. Qadın rəfiqəsi isə Finneqandan sonra ayaqluna girərək onun çıxardığı əşyaları yığışdırır. 

Rusiya və ABŞ arasında tarix boyu hər zaman casus qalmaqalı yaşanıb. 2013-cü ildə Rusiyada Rayn Foqle adlı amerikalı casus yaxalanaraq həbs olunmuşdu. 2010-cu ildə isə Rusiya adına Amerikada casusluq edən Anna Çapman Nyu York şəhərində bu ölkənin xüsusi xidmət orqanları tərəfindən yaxalanmışdı. 



748 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...