Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Qubada ağır yol qəzası: Ölənlər var

Quba rayonunda ağır yol qəzası baş verib.

FHN-in rəsmi saytı xəbər verir ki, Quba rayonunun H.B.Zərdabi qəsəbəsində, rayon mərkəzindən 12 km aralıda 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "Hunday" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan sərnişin, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu hadisə yerindəcə vəfat edib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil veriblər.
1287 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP