Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

"Avropa İttifaqı, ABŞ, Rusiya, İran və Türkiyə Suriyada müharibəyə son qoymalıdır

Beynəlxalq ictimaiyyət var gücü ilə Avropanın qarşılaşdığı qaçqın axını probleminin həllinə müdaxilə etməlidir. İlk növbədə Suriyada amansız qırğına son qoymaq lazımdır.
"Report" xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının iqtisadi əməkdaşlıq və inkişaf naziri Qerd Müller bildirib.
"Bizə sadəcə BMT-nin yeni təşəbbüsü lazımdır", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, "Avropa İttifaqı, Rusiya, ABŞ, İran və Türkiyə özündə güc tapmalı və dörd ildən sonra amansız qırğına yerində son qoymalıdır. Bizə Suriyada sülh lazımdır".
"Axı orada baş verənlər, sadəcə ağılasığmazdır", - deyə bazar ertəsi Bonnda "Feniks" telekanalının efirində nazir bildirib.
Müller qeyd edib ki, əgər böhranın baş qaldırdığı ocaqda iş görülməsə, o zaman "insanlar Almaniya və Avropaya gəlməkdə davam edəcəklər".
"Axı biz öz ətrafımızı hasara ala bilmərik", - deyə nazir vurğulayıb.
471 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:57