Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Türk əsgəri: Baş nazir, prezident, şəhər valisi, millət vəkilləri cənazə törənimə gəlməsin

Türk əsgərinin cibindən çıxan məktub oxuyanları dəhşətə gətirib
"Əgər bir gün başqa əllərdə şəhid olsam, baş nazir, prezident, şəhər valisi, millət vəkilləri də daxil olmaqla heç bir hökumət təmsilçisi cənazə törənimə gəlməsin”

Artıq bir neçə müddətdir ki, Türkiyə hökuməti PKK bəhanəsi ilə Suriya ərazisində hərbi əməliyyatlara start verib. Lakin əksər ekspertlərin və politoloqların fikirinə görə, Ərdoğan hökumətinin bu addımı İŞİD terrorçuları müqabilində mübarizə aparan kürd qruplaşmalarının güclənmə qorxusu ilə bağlıdır. Türkiyə hökumətinin bu addımı dolayısı yolla İŞİD-in güclənməsi və terrorçulara dəstək verməsi kimi dəyərləndirilir. Ərdoğan hökumətinin bu addımı və bu günə qədər 50-yə yaxın şəhid vermələri ölkə daxilində də ciddi etirazlara səbəb olub. Artıq əhali Ədoğandan övladının da döyüş meydanına göndərməsini tələb etməklə yanaşı, millətin övladlarını boşuna qırğına verməməsini istəyirlər.

Baş verənlər fonunda bu günlərdə PKK silahlıları ilə vuruşmada dünyasını dəyişən türk əsgərlərinin birinin cibindən çıxan məktub ölkə gündəmində ciddi səs-küyə səbəb olub.

Sözügedən əsgər məktubunu sizlərə təqdim edirik.

"Əgər bir gün başqa əllərdə şəhid olsam, baş nazir, prezident, şəhər valisi, millət vəkilləri də daxil olmaqla heç bir hökumət təmsilçisi cənazə törənimə gəlməsin. Çünki onlar indiyə kimi yatdıqları üçün bu qədər şəhid vermişik. Allahdan istəyim budur ki, ailəmə və ölkəmə yaşatdıqları acını min qatını yaşasınlar. Əziz anam və atam, əllərinizdə dəfələrlə öpürəm. Haqqınızı halal edin, sizlərə layiq bir övlad ola bilmədin. Mənə ehtiyaclı olduğunuz zamanlarda yanınızda ola bilmədim. Haqqınızı halal edin. Haqqınızı halal edin.

Gözəl və mələk qızım mənim. Səni çox sevirəm gül ətirli qızım. Qızımı öncə Allaha, sonra anasına, sonra da anam və atama əmanət edirəm. Heç bir halda övladımı dövlətə əmanət etmirəm. Dövlət məmurları çıxıb tribunalardan danışmasınlar ki, şəhidlərin əmanəti əmanətimizdir. Dövlət itə köpəyə göz yumub, bizlərin əlini qolunu bağladığı halda, mənim heç vaxt bu dövlətə güvənim ola bilməz.

Silahdaş olan əziz qardaşlarım hamınızı Allaha əmanət olun. Dövlət yatdığı üçün, bizlər öldük. Türk dövləti və sizlər yatmayın ki, digər mehmetçiklər ve polislərimiz yaşasın. Mənim cənazəmi atam əgər uyğun görərsə, Təkir bölgəsində yerləşən qəbirstanlıqda dəfn edər, əgər razılıq verməzsə özü haranı uyğun görərsə orada dəfn edərsiz." /İslaminsesi/
505 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber