Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Qətər də Səudiyyə və Bəhreyn kimi ağır zərbələr alacaq - Yəmənin Ənsarullah hərəkatı

“Qətərin quru qüvvələrinin girməsi Yəməndə döyüşlərin vəziyyətini dəyişməyəcək. Onlar da öncəkilər kimi qarşılanacaqlar və ağır zərbələr alacaqlar”.

İnterAz-ın al-Mayadeen -ə istinadla verdiyi xəbərə görə, bunu Yəmənin “Ənsarullah” hərəkatının siyasi şurasının bariz üzvü Zeyfullah şami deyib.

Ənsarullahın tanınmış üzvü Qətər qüvvələrinin ötən gündən etibarən Yəmən torpaqlarına daxil olmasını təcavüz adlandırıb. O bəyan edib ki, qətərlilər güllərlə qarşılanmayacaqlar, onlar da öncəkilər kimi ağır zərbə alacaqlar.

Qeyd edək ki, ötən gün Qətər mindən artıq quru hərbi qüvvəsini Yəmənin Mərib əyalətinə göndərib.

Qətər qüvvələrinin Yəmənə girməsi ilə bu ölkədə olan əcnəbi hərbi qüvvənin sayı təqribən 10 min təşkil edir. Səudiyyə Ərəbistanın koalisiyası Mərib əyalətindən başlayaraq, qurudan əməliyyatlara başlamaq niyyətindədirlər.
423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15